İtaliya klubu yığmamızın hücumçusunu rənglərinə bağladı

13 İyun 2018 12:24 Voleybol 752
İtaliya klubu yığmamızın hücumçusunu rənglərinə bağladı

Azərbaycan millisinin voleybolçusu Polina Rəhimova karyerasını İtaliyada davam etdirəcək.

Sportinfo.az xəbər verir ki, 28 yaşlı hücumçu A seriyasında mübarizə aparan “Kazalmadjore” ilə danışıqları müsbət yekunlaşdırıb.

Rəhimova artıq 1 illik müqaviləyə imza atıb. O, bununla da Cənubi Koreya, Yaponiya və Türkiyədən sonra İtaliyada da legioner həyatı yaşayacaq.

“Kazalmadjore” Polina ilə yanaşı, 2014/2015 mövsümündə Bakı “Lokomotiv”ində oynamış italiyalı Valentina Arriqettinin də transferini rəsmiləşdirib.

Peşəkar karyerasına Bakıda “Nəqliyyatçı”da (2005-2007) başlayan Rəhimova “Azərreyl”in (2007-2014, komanda voleybolçunun oynadığı son mövsümdə “Azəryol” adlanıb) uğurları üçün də çalışıb.

O, ardınca Cənubi Koreyada “Hyundai” (2014-2015), Yaponiyada “Toyota” (2015-2017) və Türkiyədə “Fənərbaxça”nın (2017-2018) formasını geyinib. (apasport.az)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti