Fransa klubu millimizin hücumçusu ilə müqavilə bağlamadı

5 İyun 2018 10:48 Voleybol 797
Fransa klubu millimizin hücumçusu ilə müqavilə bağlamadı

Azərbaycan millisinin voleybolçusu Anastasiya Qurbanova “Venel”dan ayrılıb.

Sportinfo.az xəbər verir ki, Fransa klubu 29 yaşlı hücumçu ilə başa çatan müqavilə yeniləməyib.

Artıq “Venel” Qurbanovanın komandanın düşərgəsini tərk etdiyini rəsmən açıqlayıb. Bu səbəbdən də voleybolçumuz yeni klub axtarışına start verib.

Onun yenidən ölkə xaricində oynayacağı istisna olunmur. Qurbanova “Venel”lə Fransa çempionatının 1/4 finalınadək irəliləmişdi. Onun komandası yarımfinala gedən yolda “Mulhaus”a uduzmuşdu.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti