Qadın voleybolçular arasında Qızıl Avropa Liqasında növbəti oyunlar keçirilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi V turun qarşılaşmasına səfərdə çıxıb.
Komandamızın rəqibi Portuqaliya olub və Matozinyuşda baş tutan qarşılaşma qələbəmizlə yekunlaşıb.
Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qəbul edib. Bolqarlar 3:0 hesablı qələbə qazanaraq qrup liderliyini qoruyublar. Belə ki, balkanlılar yığmamızla eyni xal toplasa da, set fərqində millimizi qabaqlayırlar.
A qrupu
Portuqaliya - Azərbaycan - 1:3 (20:25, 28:26, 11:25, 15:25)
Hakimlər: Xose Luis Arrarte Mira (İspaniya), Pedro Pinto Lopes (Portuqaliya)
Matozinyuş, İdman və Konqres Mərkəzi
Portuqaliya: 5. Eliana Durao, 8. Vanessa Rodriques, 2. Eduardo Duarte, 7. Nuria Silva, 9. Neusa Neto, 1. Fabiola Qomes, 17. Barbara Qomes, 10. Marta Hürst, 15. Yuliya Kavalenka, 6. Maria Maio, 12. Juliana Rosas, 11. Yoana Resende.
Azərbaycan: 18. Şəfaqət Alışanova, 2. Yana Əzimova, 14. Kristina Yaqubova, 15. Aynur İmanova, 6. Ayşən Abduləzimova, 21. Kseniya Pavlenko, 7. Olena Həsənova, 5. Odina Bayramova, 8. Yelizaveta Səmədova, 11. Katerina Jidkova, 20. Marqarita Əzizova, 1. Ceyran İmanova, 19. Bəyaz Əliyeva, 16. Yuliya Kərimova.
|
N |
Ölkə |
O |
Q |
M |
S |
T |
X |
|
1 |
Bolqarıstan |
5 |
4 |
1 |
13-5 |
436-372 |
12 |
|
2 |
Azərbaycan |
5 |
4 |
1 |
13-7 |
469-420 |
12 |
|
3 |
Ukrayna |
5 |
2 |
3 |
8-10 |
411-411 |
6 |
|
4 |
Portuqaliya |
5 |
0 |
5 |
3-15 |
333-446 |
0 |

