Qadın voleybolçularımız Portuqaliyanın qonağı olacaq

2 İyun 2018 00:40 Voleybol 917
Qadın voleybolçularımız Portuqaliyanın qonağı olacaq

Bu gün qadın voleybolçuların Qızıl Avropa liqasında növbəti görüşlər olacaq.

Sportinfo.az xəbər verir ki, Azərbaycan millisi 5-ci turunda Portuqaliyanın qonağı olacaq.

Matozinyuşda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 18:00-da start götürəcək. Görüşü Xose Luis Arrarte Mira (İspaniya) və Pedro Pinto Lopes (Portuqaliya) idarə edəcəklər.

Qrupumuzun digər oyununda isə Ukrayna Bolqarıstanı qonaq edəcək. Bolqarıstan və Azərbaycanın 9, Ukraynanın 6 xalı var. Portuqaliya hələlik fərqlənməyib.

Digər Xəbərlər
Xəbər Lenti
24 Oktyabr 17:30 Çək və bizə göndər!