“Komandamızla fəxr edirəm, hər biri mənim üçün ulduz idi”

31 May 2018 08:36 Voleybol 845
“Komandamızla fəxr edirəm, hər biri mənim üçün ulduz idi”

“Komandamızla fəxr edirəm”.

Sportinfo.az xəbər verir ki, bu sözləri voleybol üzrə qadınlardan ibarət Azərbaycan millisinin məşqçisi Famil Ağayev deyib.

Qızıl Avropa Liqasının IV turunda Bolqarıstanla qarşılaşan yığmamız 3:1 hesablı qələbə ilə ilk matçdakı yenilginin revanşını alıb.

4 oyundan sonra 3 qələbə qazanan millimiz 9 xalla qrupda 2-ci pillədə qərarlaşıb. Matçdan sonra fikirlərini bölüşən Ağayev oyunu belə şərh edib:

“Ulduzlarımız olmadan oynasaq da, bu gün meydançadakı oyunçularımızın hər biri mənim üçün ulduz idi.

Faiq Qarayev olmadan mübarizə apardıq. Bu gün qızlar onun üçün döyüşdü. Birinci yer uğrunda mübarizəmizi davam etdiririk”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti