Qadın voleybolçulardan ibarət Azərbaycanın milli komandasının baş məşqçisi Faiq Qarayevin səhhəti pisləşib.
Sportinfo.az xəbər verir ki, Avropa Liqası çərçivəsində Bolqarıstanla səfər oyununda halı pisləşən təcrübəli mütəxəssis hazırda İstanbulda "Acıbadem" xəstəxanasında müalicəsini davam etdirir.
Onun mayın 30-da keçiriləcək bolqarlarla cavab görüşündə komandayla birgə olub-olmayacağı hələ ki, bilinmir. Baş məşqçinin ən qısa vaxtda millinin başına keçəcəyinə ümid bəslənilir.

