“Azərbaycanla oyunun nəticəsindən razı qaldım”.
Sportinfo.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət Bolqarıstan yığmasının baş məşqçisi İvan Petkov deyib.
Balkanlı mütəxəssis Qızıl Avropa Liqasının Azərbaycanla oyunundakı 3:1 hesablı qələbəyə şərh verib: “Evdə keçirdiyimiz ilk üç oyunda qalib gəlmişik.
Bu da I dövrə üçün əsas vəzifəmiz idi. İndi qarşıdakı səfər matçlarına böyük özünəinam hissi ilə yollanacağıq. Ümid edirəm ki, Budapeştdəki “Dördlər finalı”na yüksələcəyik”.

