“Emosiyalarımızı cilovlaya bilmədik” - Millimizin oyunçusu

27 May 2018 17:27 Voleybol 952
“Emosiyalarımızı cilovlaya bilmədik” - Millimizin oyunçusu

Biz bu oyuna həm zehni, həm fiziki cəhətdən tam hazır idik”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qadınlardan ibarət Azərbaycan millisinin voleybolçusu Olena Həsənova deyib.

O, Qızıl Avropa Liqasının Bolqarıstanla səfər oyunu barədə fikirlərini açıqlayıb: “Lakin Bolqarıstanla görüş bizim ilk səfər sınağımız idi. Ola bilər ki, emosiyalarımızı cilovlaya bilmədik.

İlk hissədə yaxşı çıxış etdik. Sonrakı setlərdə müdafiə və blokda istədiyimiz kimi oynamadıq. Bu da bizim ən əsas problemimizdi. Nəticədə səfərdən xalsız dönürük”.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti