“Bu, zəhmətin qarşılığıdır”

2 İyun 08:50 Voleybol 610
“Bu, zəhmətin qarşılığıdır”

“Ordu” voleybol komandasının baş məşqçisi Cavid Süleymanov Azərbaycan çempionatının Yüksək Liqasında mövsümü ikinci pillədə başa vurmalarını qiymətləndirib.

Sportinfo.z xəbər verir ki, mütəxəssis komandanın əldə etdiyi nəticəni zəhmət və intizamla əlaqələndirib.

O bildirib ki, mövsümün ikinci pillədə tamamlanması təsadüfi nəticə deyil:

“Bu nəticə zəhmətin və intizamın qarşılığıdır. Azərbaycan çempionatının Yüksək Liqasında mövsümü ikinci pillədə başa vurmağımız komandanın sistemli və məqsədyönlü fəaliyyətinin göstəricisidir.

İndi əsas məqsədimiz bu tempi qoruyub saxlamaq və növbəti mövsümə eyni ciddiyyətlə hazırlaşmaqdır”.

Cavid Süleymanovun sözlərinə görə, “Ordu”nun növbəti hədəfi sabit çıxış xəttini qorumaq və yeni mövsümə daha güclü hazırlaşmaqdır.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM