Azərbaycanın ev sahibliyi edəcəyi Avropa çempionatının rəsmi topları

1 İyun 08:50 Voleybol 459
Azərbaycanın ev sahibliyi edəcəyi Avropa çempionatının rəsmi topları

2026-cı ildə keçiriləcək Avropa çempionatının (EuroVolley-2026) rəsmi topları təqdim olunub.

Sportinfo.az xəbər verir ki, Azərbaycanın da ev sahibliyi edəcəyi qadın voleybolçular arasında Avropa çempionatının rəsmi topları CEV və “Mikasa” tərəfindən hazırlanıb və müasir dizaynla klassik üslubun qarışığı şəklindədir.

Toplar final mərhələsinə ev sahibliyi edəcək ölkələrin rənglərini əks etdirir. Qadınların yarışında final mərhələsi Türkiyədə, kişilərdə isə İtaliyada təşkil olunacaq.

Qeyd edək ki, ölkəmizdə bir qrupun oyunları keçiriləcək.

Bakının ev sahibliyi edəcəyi C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar.

Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.

Bakıdakı qarşılaşmalar 21-28 avqust 2026-cı il tarixlərində Bakı Milli Gimnastika Arenasında baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
11 İyun 18:10 Çək və bizə göndər!