Yunanıstan və Türkiyə klublarının oyununa gedən həmyerlimiz kimdir? - FOTO

2 Dekabr 03:50 Voleybol 287
Yunanıstan və Türkiyə klublarının oyununa gedən həmyerlimiz kimdir? - FOTO

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin beynəlxalq əlaqələr üzrə mütəxəssisi Mixail Frişman Avropa Voleybol Konfederasiyası (CEV) tərəfindən təyinat alıb.

Sportinfo.az AVF-yə istinadən xəbər verir ki, Frişman qadın voleybolçular arasında Çempionlar Liqasının təsnifat mərhələsinin IV raundunun "Olimpiakos" (Yunanıstan) - "Eczacıbaşı" (Türkiyə) matçında supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Dekabrın 2-də Yunanıstanın Piraeus şəhərində baş tutacaq oyunun hakimləri bolqarıstanlı Dobromir Dobrev və polşalı Matsey Tvardovski olacaq.

Digər Xəbərlər
Xəbər Lenti
6 Dekabr 18:10 Çək və bizə göndər!
6 Dekabr 02:00 "İmişli" 3000 ziyanda