“Çempionatda çıxış edən komandaların əksəriyyətinin səviyyəsi bərabərdir"

03:20 Voleybol 62
“Çempionatda çıxış edən komandaların əksəriyyətinin səviyyəsi bərabərdir"

Azərbaycanın voleybol çempionatında çıxış edən komandaların əksəriyyətinin səviyyəsi bərabərdir.

Sportinfo.az xəbər verir ki, bu barədə "DH Volley" komandasının baş məşqçisi Fərid Cəlalov Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətinə açıqlama verib.

Mütəxəssis oyunların maraqlı və baxımlı olduğunu bildirib:

"Hazırda çempionat oyunları zamanı komandaların əksəriyyətinin bərabər səviyyədə olduğunu müşahidə edirik.

Bu, çempionat oyunlarını daha maraqlı və baxımlı edir. Komandamızın oyunlarına gəlincə, son iki görüşün nəticələrinə əsasən deyə bilərəm ki, qarşıdakı matçlarımız daha gərgin keçəcək. Təbii ki, nəticədə güclü olan qalib gələcək".

Digər Xəbərlər
Xəbər Lenti
1 Dekabr 18:10 Çək və bizə göndər!
1 Dekabr 17:20 II Liqada 4:1 günü