Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli oldu - Azərbaycan komandasının

04:10 Voleybol 70
Çelenc Kubokunun 1/16 final mərhələsindəki oyunlarının tarixi bəlli oldu - Azərbaycan komandasının

Kişi voleybolçulardan ibarət "Xilasedici" komandasının Çelenc Kubokunun 1/16 final mərhələsində Belçika təmsilçisi "Lindemans"a qarşı keçirəcəyi oyunların tarixi bəlli olub.

Sportinfo.az Azərbaycan Voleybol Federasiyasına istinadən xəbər verir ki, komanda ilk oyununa dekabrın 9-da Bakıda çıxacaq.

Görüş Fövqəladə Hallar Nazirliyinin idman zalında, saat 18:00-da start götürəcək. Komandalar arasında cavab oyunu isə 2026-cı il yanvarın 7-də Belçikada təşkil olunacaq.

Azərbaycan təmsilçisi 1/32 finalda Rumıniyanın "Styaua" komandasını mübarizədən kənarlaşdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
27 Noyabr 23:40 “Final? Biz istəyirik”
27 Noyabr 19:00 Belə klub idarə edilməz!
27 Noyabr 18:10 Çək və bizə göndər!