İtaliyalı baş məşqçi: “Bu il Azərbaycan çempionatı çox maraqlı olacaq”

29 Oktyabr 2024 08:20 Voleybol 911
İtaliyalı baş məşqçi: “Bu il Azərbaycan çempionatı çox maraqlı olacaq”

“Azərbaycanda zəngin voleybol ənənələri var.

Mənim də hədəfim təcrübəmi burada olan gənclərlə bölüşməkdir”.

Sportinfo.az xəbər verir ki, bu sözləri qadın voleybolçulardan ibarət “Milli Aviasiya Akademiyası”nın italiyalı baş məşqçisi Covanni Torçio yeni mövsüm barədə danışarkən deyib.

Təcrübəli mütəxəssis ölkə çempionatı və kubokda uğurlu nəticə qazanmağı hədəflədiklərini bildirib:

“Bu il Azərbaycan çempionatı çox maraqlı olacaq. Bunu komandaların reallaşdırdığı transferlər göstərir. M

ənim də məqsədim “Milli Aviasiya Akademiyası”nı yüksək yerlərə gətirməkdir. Bu klub çempionatda ikinci ilinə daxil olacaq.

Hədəfim mübariz kollektiv qurmaqdır. İnanıram ki, birgə əmək sayəsində bunu bacaracağıq”.

O, Azərbaycandakı həyat tərzindən də söz açıb:

“Bakıdakı həyatımdan çox razıyam. Burada ideal şərait var. Bakı şəhəri barədə isə yalnız xoş sözlər deyə bilərəm” (Azertac).

Digər Xəbərlər
Xəbər Lenti
31 Dekabr 2025 20:00 Çək və bizə göndər!
31 Dekabr 2025 14:50 "Sportinfo TV”də GÜNDƏM
31 Dekabr 2025 08:30 Bayram günlərinin PROQNOZU
31 Dekabr 2025 08:00 Yanvarda hava necə olacaq?
31 Dekabr 2025 07:30 Bu cərimələr artırılır