Şahin Bağırov qarşısına yenə nə məqsəd qoyub? - Hədəfləri açıqladı

10 Oktyabr 2024 03:00 Voleybol 1 459
Şahin Bağırov qarşısına yenə nə məqsəd qoyub? - Hədəfləri açıqladı

"Azərbaycan Prezidenti İlham Əliyevin idmana dəstək siyasətini yüksək qiymətləndiririk".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasının prezidenti Şahin Bağırov jurnalistlərə açıqlamasında deyib.

O, federasiyanın fəaliyyətinə dair təqdimatda hədəfləri açıqlayıb:

"Əsas hədəflərimiz dəyərlər, kütləvilik və populyarlıqdır. Uşaqlara voleybolun gözəl tərəflərini göstərməliyik.

Kütləviliyi təmin etmək üçün Bakıdan kənarda yarışlar keçirməyi planlaşdırırıq. Bu hədəflərin həyata keçirilməsi üçün infrastrukturun genişləndirilməsinə çalışacağıq.

Klubların fəaliyyətini təkmilləşdirmişik. Çimərlik voleybolunun inkişafını prioritet məsələ kimi qarşımıza qoymuşuq.

Bu istiqamətdə yerli mütəxəssislərlə iş aparırıq".

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 17:50 Çək və bizə göndər!
7 Noyabr 09:00 Qurban Qurbanov təkdir
7 Noyabr 08:50 Zubir Mahirə çatacaq?
7 Noyabr 07:50 Pensiyalar artırılacaq?