COP29

"Həkimlər dedi ki, 15-20 dəqiqə gec gətirsəydiz, onu itirə bilərdik"

4 Dekabr 2023 19:20 Voleybol 800
"Həkimlər dedi ki, 15-20 dəqiqə gec gətirsəydiz, onu itirə bilərdik"

Azərbaycan millisinin və "Xarı Bülbül"ün əməliyyat olunan voleybolçusu Tural Həsənli mövsümü başa vurub.

Sportinfo.az xəbər verir ki, bu barədə "report"a Şuşa təmsilçisinin baş məşqçisi Ziya Rəcəbov məlumat verib.

Mütəxəssis 33 yaşlı oyunçunun yalnız növbəti mövsümə hazır olacağını vurğulayıb:

"Çünki ağır əməliyyat keçirdi. Biz xəstəxanaya çatdıranda həkimlər deyirdi ki, 15-20 dəqiqə gec gətirsəydiniz, onu itirə bilərdik.

Əməliyyata götürüləndə bizdən izahat aldılar. Həmin vaxt bildirdilər ki, həyatda qalma ehtimalı 20 faizdir".

Rəcəbov dünən voleybolçunun yanında olduğunu söyləyib:

"Hazırda yaxşıdır, səhhətində irəliləyiş var. Təxminən bir həftə xəstəxanada qalacaq.

Daha sonra evə buraxılacağı gözlənilir. Bir sözlə, gedişat yaxşıya doğrudur".

33 yaşlı oyunçunun “Panatinaikos”a qarşı Çelenc Kubokunun 1/16 final mərhələsinin Yunanıstandakı cavab oyunu ərəfəsində səhhətində problem yaranıb.

Həsənli kritik vəziyyətdə Bakıya çatdırılıb və hava limanından birbaşa xəstəxanaya aparılıb. Daxili qanaxması olan voleybolçu bağırsağından ağır əməliyyat keçirib.

“Xarı Bülbül” “Panatinaikos”a 1:3 hesabı ilə uduzaraq yarışda mübarizəni dayandırıb.

Digər Xəbərlər
Xəbər Lenti
5 Oktyabr 11:20 Çox qazanacaqsız!
5 Oktyabr 08:40 "Sabah"da yeni oyunçu
5 Oktyabr 04:00 Qapmıza 6 qol vurdular
5 Oktyabr 02:40 Qazaxıstana məğlub olduq
5 Oktyabr 02:30 Nə vaxt qayıdacaqlar?