“Azərbaycanda millini çalışdıracaq məşqçi görmürəm“

2 Yanvar 2023 22:30 Voleybol 961
“Azərbaycanda millini çalışdıracaq məşqçi görmürəm“

“Gənclərimiz yaxşıdır, amma bütün standartlara cavab verəcək məşqçi görmürəm“.

Sportinfo.az xəbər verir ki, bu açıqlama Azərbaycan Voleybol Federasiyasının prezidenti Cavid Qurbanova aiddir.

O, Avropa çempionatının final mərhələsində mübarizə aparacaq qadınlardan ibarət komandaya yeni baş məşqçi təyin olunacağını deyib.

Qurbanov Faiq Qarayevdən sonra onun davamçısının yetişmədiyini vurğulayıb:

"Xarici və ya yerli çalışdırıcı olacaq, ya yox, bunu fikirləşmək lazımdır. Çünki komandanın 50 faizi voleybolçulardan asılıdırsa, digər 50-si məşqçilərdən asılıdır.

Düzgün mütəxəssis olmaq məsələsi çox vacibdir. Bəlkə də gələcəkdə yetişəcək. Gəlin, bərabər axtaraq”.

Digər Xəbərlər
Xəbər Lenti
15 Sentyabr 18:10 Çək və bizə göndər!
15 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
15 Sentyabr 11:20 "Şikayətlənə bilmərik"
15 Sentyabr 03:50 Nəbiyevdən uğurlu debüt
15 Sentyabr 03:40 Yığmamız finalı uduzdu