Azərbaycan millisinin oyunçusu İndoneziya klubunda

6 Dekabr 2022 11:00 Voleybol 765
Azərbaycan millisinin oyunçusu İndoneziya klubunda

Azərbaycan millisinin sabiq voleybolçusu Katerina Jidkova “Azərreyl”dən ayrılıb.

Sportinfo.az xəbər verir ki, milliləşən ukraynalı karyerasına İndoneziyada davam edəcək.

O, müqavilə ilə məxsus olduğu yüksək liqa təmsilçisi “Cakarta Elektrik”də oynayacaq.

33 yaşlı Jidkova sabah komandasına qoşulmaq üçün Asiya ölkəsinə yollanacaq. Son 2 ayda “Azərreyl”ə kömək edən hücumçu bir mövsüm burada çıxış edəcək.

Jidkovanın ölkə xaricindəki son klubu ötən mövsümdə formasını geyindiyi Vyetnam təmsilçisi “Bambu Eyrveys Vin Pu” olub.

Digər Xəbərlər
Xəbər Lenti
30 Avqust 20:00 Çək və bizə göndər!
30 Avqust 01:00 "Komandam pis deyildi"