Azərbaycan yığmasının oyunçusu ümid edir ki…

23 İyun 2022 09:40 Voleybol 966
Azərbaycan yığmasının oyunçusu ümid edir ki…

"İyunun 14-dən millinin məşqlərinə qoşulmuşam.

Ayın sonunadək əsasən fiziki və fərdi şəkildə texniki hazırlığa diqqət yetirəcəyik. Məşqlərə qoşulduğum gündən etibarən çalışıram ki, tam formamı yığım".

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan millisinin qadın voleybolçusu Marqarita Stepanenko federasiyanın mətbuat xidmətinə açıqlamasında deyib.

O bildirib ki, qarşıda komandanı V İslam Həmrəyliyi Oyunları və Avropa çempionatının təsnifat mərhələsi gözləyir:

"Bu yarışların vacibliyini dərk edirik. Çalışacağıq ki, özümüzü yaxşı tərəfdən göstərək".

Bir neçə gündən sonra millinin təlim-məşq toplanışı Mingəçevirdə davam edəcək. Həmin 10 günlük hazırlıqda kollektiv məşqlərə üstünlük veriləcək.

Stepanenkonun sözlərinə görə, bu toplanışdan sonra komandadakı çatışmazlıqlar tam aydın bilinəcək:

"İyulda bir neçə aparıcı voleybolçumuzun da məşqlərə qoşulması gözlənilir. Düşünürəm ki, qarşıdakı yarışlarda uğurlu çıxış edəcək və Vətənə yaxşı nəticələrlə dönəcəyik".

Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!