Qurbanov kömək istədi: "Xahişim budur, kiməsə tapşırıq verilsin ki..."

28 Noyabr 2021 09:20 Voleybol 592
Qurbanov kömək istədi: "Xahişim budur, kiməsə tapşırıq verilsin ki..."

“Mənə bu işi etibar edənlərə təşəkkür edirəm. Bu etimadı doğrultmaq üçün böyük işlər görməliyik. İ

kinci dəfə seçilməyim məsuliyyətimi bir qədər də artırdı. Amma tək əldən səs çıxmaz. Hamımız birlikdə uğur qazana bilərik”.

Sportinfo.az xəbər verir ki, bunu Azərbaycan Voleybol Federasiyasına növbəti dəfə prezident seçilən Cavid Qurbanov deyib.

Hesabat-seçki konfransından sonra təəssüratlarını bölüşən Qurbanov bu fikirləri səsləndirib:

“İdarə Heyətində dəyişikliklər elədik. Cəlil müəllim bizi Avropa Voleybol Federasiyasında bizi təmsil edir. Düşünürəm ki, o, orada bizə daha çox əmək sərf edə bilər və daha çox bu işlərlə məşğul olmalıdır.

Əbülfəz müəllim isə təcrübəli şəxsdir. Xahişim budur ki, məktəblərdə, universitetlərdə bu işlərin görülməsi üçün kiməsə tapşırıq verilsin.

Faiq müəllimin isə zəngin məşqçilik karyerası var. Məsələlərin əksəriyyətini onunla məsləhətləşməliyik”.

63 yaşlı rəhbər qarşıda duran hədəflərdən söz açıb:

“Federasiyanın əsas hədəfləri voleybolun inkişafı, voleybol komandalarının sayının artırılması, respublika üzrə genişləndirilməsi, məktəblərdə bu geniş yayılmasıdır.

Bir çox klublar məktəblərin təmsilçiləridir. Onlarla danışıb, bu məsələnin inkişafına çalışacağıq”.

Qurbanov uşaq və gənclərin voleybolu ilə bağlı təkliflərini də bildirib:

“Təklifimiz odur ki, yeni internat məktəbi yaradılsın və ya hazırkı məktəblərdə bizim müəllimlərimiz olsun. Azərbaycan təkcə cüdo və güləşdən ibarət deyil.

Komanda idman növünü də inkişaf etdirmək lazımdır. Bizim xalq çox hündür deyil. Çalışmaq lazımdır ki, gənclərimiz daha çox inkişaf etsinlər.

Cənab prezident İlham Əliyevin və birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə çox sayda yeni təhsil ocaqları, olimpiya kompleksləri qurulub.

Onlarda hər bir şərait də var. Sadəcə, istək, həvəs lazımdır. Gəncləri, xüsusən də, qızları bu idman növünə yönləndirmək lazımdır”.

Xəbər Lenti