AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış oldu

03:20 Voleybol 1 076
AVRO-2026-nın Təşkilat Komitəsinin üzvləri Milli Gimnastika Arenası ilə tanış oldu

Avropa Voleybol Konfederasiyasının AVRO-2026 üzrə Təşkilat Komitəsinin üzvləri və turnirin yayım tərəfdaşı "İnfort" şirkətinin əməkdaşları Milli Gimnastika Arenası ilə tanış olublar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından bildirilib.

Qitə birinciliyində ölkəmizin ev sahibi olduğu C qrupunun oyunlarının keçiriləcəyi Milli Gimnastika Arenasının texniki imkanları, infrastruktur, komanda və media zonaları, televiziya yayımı üçün nəzərdə tutulan məkanlar, azarkeşlər üçün xidmət sahələri nümayəndələrə təqdim edilib.

Qonaqlara görülən işlər, eləcə də qarşıdakı aylarda planlaşdırılan hazırlıq mərhələləri ilə bağlı məlumat verilib, geniş fikir mübadiləsi aparılıb.

C qrupunda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya komandaları mübarizə aparacaqlar.

Digər qrupların oyunları isə Türkiyə (A qrupu), Çexiya (B qrupu) və İsveçdə (D qrupu) təşkil olunacaq.

Digər Xəbərlər
Xəbər Lenti