Millimizin hücumçusu klubsuz qaldı

12 İyul 2021 23:20 Voleybol 1 381
Millimizin hücumçusu klubsuz qaldı

Azərbaycan millisinin sabiq voleybolçusu Polina Rəhimova klubsuz qalıb.

Sportinfo.az xəbər verir ki, hücumçu son 2 mövsümdə şərəfini qoruduğu Braziliyada “Sesi Bauru”dan ayrılıb.

Cənubi amerikalılar artıq onun yerinə yeni oyunçu da transfer edib. ABŞ voleybolçusu Nia Rid Braziliya təmsilçisinin şərəfini qoruyacaq.

Milliləşən legionerimizin karyerasını harada davam etdirəcəyi hələ dəqiqləşməyib. Bombardirlik keyfiyyətləri ilə ad çıxaran Polinanın yaxın müddətdə özünə klub tapacağı gözlənilir.

Azərbaycan yığmasının daha bir sabiq oyunçusu Odina Əliyeva bir müddət öncə Polinanın keçmiş komandasına keçib.

Xəbər Lenti