Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Qızıl Avropa Liqasında son matçına çıxıb.
Sportinfo.az xəbər verir ki, yığmamız VI turda Rumıniya ilə qüvvəsini sınayıb.
A qrupunda yer alan Vüqar Əliyevin yetirmələri yarışı fiasko ilə bitiriblər. Bu görüşədək xal qazana bilməyən voleybolçularımız yenə eyni uğursuzluğu yaşayıblar.
Nəticədə 6 oyundan sonra təmsilçimiz qrup mərhələsində cəmi 2 setə sevinə bilib. Bu isə son illərin ən uğursuz göstəricisidir.
Qeyd edək ki, qrupun son matçında Fransa və İspaniya birinci yerin sahibini müəyyənləşdirəcək.
VI tur, 6 iyun
Azərbaycan – Rumıniya - 0:3 (24:26, 12:25, 25:27)
Hakimlər: Olivye Julye (Fransa), Daniel Aranoviç (Almaniya)
Marehal Harnes regional idman zalı
| 
			 1  | 
			
			 İspaniya  | 
			
			 5  | 
			
			 4  | 
			
			 1  | 
			
			 14-7  | 
			
			 12  | 
		
| 
			 2  | 
			
			 Rumıniya  | 
			
			 5  | 
			
			 3  | 
			
			 2  | 
			
			 14-10  | 
			
			 11  | 
		
| 
			 3  | 
			
			 Fransa  | 
			
			 5  | 
			
			 3  | 
			
			 2  | 
			
			 12-7  | 
			
			 10  | 
		
| 
			 4  | 
			
			 Azərbaycan  | 
			
			 6  | 
			
			 0  | 
			
			 6  | 
			
			 2-18  | 
			
			 0  | 
		

                
                
                
                
                    