"Fənərbaxça"nın hücumçusu rəsmən "Latsio"da

16 Sentyabr 2020 01:38 Türkiyə 467
"Fənərbaxça"nın hücumçusu rəsmən "Latsio"da

"Latsio" "Fənərbaxça"nın hücumçusu Vedat Murikini transfer edib.

Sportinfo.az xəbər verir ki, Roma təmsilçisi bu keçid üçün 20 milyon avrosundan keçib.

Kosovo yığmasının üzvü ilə 5 illik müqavilə imzalanıb. 26 yaşlı mərkəz hücumçusu illik 2 milyon avro maaş alacaq.

"Fənərbaxça" Murikini 2019-cu ilin yayında "Rizəspor"dan 5 milyon avro və 3 futbolçu qarşılığında transfer etmişdi. Kosovolu futbolçu ötən mövsüm keçirdiyi 36 oyunda 17 qol vurub, 7 məhsuldar ötürmə edib.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”