Super Liqa klubunda Altlparmak dönəmi - yeni baş məşqçi

12 Avqust 2020 00:28 Türkiyə 614
Super Liqa klubunda Altlparmak dönəmi - yeni baş məşqçi

“Kasımpaşa”nın yeni baş məşqçisi müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini bundan sonra Mehmet Altıparmak çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. 51 yaşlı mütəxəssislə bir illik müqavilə imzalanıb.

Super Liqada geridə qalan mövsümü 43 xalla 10-cu pillədə tamamlayan “Kasımpaşa”nın son baş məşqçisi Fuat Çapa olub. Mehmet Altıparmak isə son olaraq “Hatayspor”u çalışdırıb. O, bu komandanı TFF 1-ci liqada çempion edərək Super Liqaya çıxarsa da, klub rəhbərliyi onunla müqaviləni yeniləməyib.

Digər Xəbərlər
Xəbər Lenti