Eks "Neftçi"li uğursuz oldu, “Qalatasaray” çempionluq şansını itirdi - VİDEO

8 İyul 2020 09:56 Türkiyə 1 324
Eks "Neftçi"li uğursuz oldu, “Qalatasaray” çempionluq şansını itirdi - VİDEO

Türkiyə Super Liqasında 31-ci turun oyunları keçirilir.

Sportinfo.az xəbər verir ki, "Başakşəhər" evdə "Neftçi"nin sabiq futbolçusu Levent Kartopun sükanı arxasına keçdiyi "Dənizlispor"a 2:0 hesabı ilə qalib gəlib.

"Başakşəhər" 66 xalla turnir cədvəlinə başçılıq edir. Qalib gələn İstanbul təmsilçisi 4-cü pillədəki “Qalatasaray”la xal fərqini 14-ə çatdırıb. Bununla da son çempion 4 oyunu qalsa da, titulunu qorumaq şansını rəsmən itirib.

“Başakşəhər” isə ilk “üçlük”də yerini təmin edib. Ehtiyatda bir oyunu olan "Trabzonspor" 61 xalla 2-cidir. 32 xala malik olan "Dənizlispor" 14-cü sırada qərarlaşıb.

"Başakşəhər" - "Dənizlispor" 2:0

Qollar: Krivelli, 65, Vişça, 78 (pen.)

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR