Millimizdən gələn təklifi bəyənmədi, "Beşiktaş"ı yıxdı - VİDEO

7 İyul 2020 10:10 Türkiyə 1 375
Millimizdən gələn təklifi bəyənmədi,  "Beşiktaş"ı yıxdı - VİDEO

Türkiyə Super Liqasında XXX tur başa çatıb.

son gündə "Beşiktaş" meydana çıxıb.

İstanbul təmsilçisi autsayderlər zonasında qərarlaşan "Kayserispor"un qonağı olub. "Ağ-qaralar" qalib gələcəyi təqdirdə, bir gün əvvəl büdrəyən "Qalatasaray"ı geridə qoyacaqdı.

Lakin bu yaxınlarda Azərbaycan millisində oynamaq təklifini qəbul etməyən Hasan Hüseyn Acarın əla çıxışı "Kayserispor"a vacib 3 xal qazandırıb. Bu qalibiyyət sayəsində Robert Prosineçkinin yetirmələri təhlükəli zonanı tərk edib.

"Kayserispor" - "Beşiktaş" 3:1
Hasan Hüseyn Acar, 51, 83; Kravets, 86 - Hatçinson, 74

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR