"Qalatasaray"dan tarixi və əhəmiyyətli qərar!

28 İyun 2020 22:20 Türkiyə 2 051
"Qalatasaray"dan tarixi və əhəmiyyətli qərar!

"Qalatasaray"ı yay transfer pəncərəsi dövründə çətin günlər gözləyir.

Sportinfo.az xəbər verir ki, "Cimbom"un transfer büdcəsi 80 milyon avrodan 60 milyon avroya endiriləcək.

Bu təqdirdə İstanbul təmsilçisi komandada çıxış edən Diaqne və Babel kimi oyunçuları satışa çıxaracaq.

"Sarı-qırmızılılar" həmçinin, Falkao, Fequli və Belhanda kimi əsas oyunçularını da satmağı düşünür. Baş məşqçi Fatih Terim sözügedən futbolçuların satılmasına razılıq verib.

İddiaya görə, "Qalatasaray"ın "Qaziantep"lə bərabərliyə razılaşdığı (3:3) oyundan sonra çempionluq yolunda ağır zərbə alması ulduz futbolçuların dəyərini aşağı salıb.

Ancaq indiyə qədər "Qalatasaray"a sözügedən oyunçuları transfer etmək üçün bir təklif belə gəlməyib.

Digər Xəbərlər
Xəbər Lenti
22 Aprel 18:10 Çək və bizə göndər!