Bakıda məşqçi lisenziyası, Super Liqada iş aldı - FOTO

25 İyun 2020 10:10 Türkiyə 758
Bakıda məşqçi lisenziyası, Super Liqada iş aldı - FOTO

“Ankaragücü”nün yeni baş məşqçisi müəyyənləşib.

Super Liqa təmsilçisini bundan sonra İbrahim Üzülməz çalışdıracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Bir neçə gün öncə “Bursaspor”dan ayrılan Üzülməzin yeni klubu ilə müqavilənin müddəti və digər detalları barədə məlumat verilmir.

“Ankaragücü” bugünlərdə baş məşqçisi Mustafa Reşit Akçayı “Trabzonspor”la bağlı açıqlamasına görə postundan uzaqlaşdırmışdı. Ankara təmsilçisi bu mövsüm Akçaydan öncə Metin Diyadin və Mustafa Kaplanı da istefaya göndərmişdi.

“Ankaragücü” hazırda 24 xalla sonuncu pillədə qərarlaşıb.

Paytaxt təmsilçisinin yeni çalışdırıcısının ilk məşqçilik lisenziyasını Bakıda aldığını xatırladaq. Üzülməz 2011-ci ildə yolunu Azərbaycandan salıb və AFFA-nın təşkil etdiyi məşqçi kurslarında iştirak edib.

Sentyabrın 9-dan 22-nə qədər federasiyada B kateqoriyalı kurslar keçirilib və Üzülməz də məşqçiliyə başladığından, məhz bu kurslara ölkəmizdə qatılmaq qərarına gəlib.

SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti