"Beşiktaş" gürcü transfer edir: 800 min təzminat ödəyəcək

25 İyun 2020 01:52 Türkiyə 933
"Beşiktaş" gürcü transfer edir: 800 min təzminat ödəyəcək

"Beşiktaş" Tbilisi "Dinamo"sunun futbolçusu Nika Ninuanın transferini bitirdiyi iddia edilib.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi paytaxt klubu ilə müqaviləsi dekabrın 31-də bitəcək 21 yaşlı yarımmüdafiəçinin keçidi üçün 800 min avro təzminat ödəyəcək.

Gürcü oyunçu ilə 5 illik müqavilə imzalanacaq. Nikanın illik maaşı 300-350 min avro olacaq.

"Dinamo"nun yetirməsi ötən mövsüm 37 oyunda 8 qol vurub, 11 assist edib. O, ötən il Gürcüstanda ilin futbolçusu seçilib. Komandanın kapitanı bu mövsüm keçirdiyi 9 oyunda 2 qol vurub.

Digər Xəbərlər
Xəbər Lenti