"Qalatasaray"da ŞOK!

24 İyun 2020 00:00 Türkiyə 1 125
"Qalatasaray"da ŞOK!

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkaonun son durumu məlum olub.

Sportinfo.az xəbər verir ki, sağ ayağında əzələ ağrısı hiss edən kolumbiyalı hücumçu 2-3 həftə meydana çıxa bilməyəcək.

Onun iyunun 28-də Superliqanın 29-cu turunda çempionluq uğrunda əsas rəqiblərindən olan lider "Başakşəhərlə" görüşü buraxacağı dəqiqdir.

34 yaşlı forvard Superliqanın son turunda "Qaziantep"lə görüşdə (3:3) zədələnib.

Digər Xəbərlər
Xəbər Lenti
30 Oktyabr 17:50 Çək və bizə göndər!
30 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM