Bir açıqlamanın gətirdiyi istefa - Dilim-dilim olasan, dilim!

23 İyun 2020 22:40 Türkiyə 736
Bir açıqlamanın gətirdiyi istefa - Dilim-dilim olasan, dilim!

Türkiyənin “Ankaragücü” komandasının baş məşqçisi Mustafa Reşit Akçay istefaya göndərilib.

Sportinfo.az xəbər verir ki, bu barədə Super Liqa klubunun prezidenti Fatih Mert məlumat verib.

O, baş məşqçinin müqaviləsinin qarşılıqlı razılaşma əsasında ləğv edildiyini söyləyib. Klub prezidenti Akçayın verdiyi açıqlamaya görə göndərildiyini bildirib.

Mustafa Reşit Akçay daha öncə sabiq komandası "Trabzonspor"un çempion olmasını istədiyi söyləyib.

"Ankaragücü" növbəti həftə Türkiyə Super Liqasında səfərdə "Trabzonspor"un qonağı olacaq. Bu, Ankara klubunda cari mövsümdə 3-cü baş məşqçi istefasıdı. Klub daha öncə Metin Diyadin və Mustafa Kaplanla da yollarını ayırmışdı.

Akçayın rəhbərliyi altında 9 oyuna çıxan, 3 qələbə, 2 heç-heçə və 4 məğlubiyyəti olan komanda 24 xalla sonuncu pillədə qərarlaşıb.

Digər Xəbərlər
Xəbər Lenti