"Qalatasaray"da Falkao şoku

23 İyun 2020 21:20 Türkiyə 820
"Qalatasaray"da Falkao şoku

"Qalatasaray"ın zədəli futbolçusu Radamel Falkaonun son durumu məlum olub.

Sportinfo.az "Fanatik"ə istinadən xəbər verir ki, sağ ayağında əzələ ağrısı hiss edən kolumbiyalı hücumçu 2-3 həftə meydana çıxa bilməyəcək.

Onun iyunun 28-də Superliqanın 29-cu turunda çempionluq uğrunda əsas rəqiblərindən olan lider "Başakşəhərlə" görüşü buraxacağı dəqiqdir.

Qeyd edək ki, 34 yaşlı forvard Superliqanın son turunda "Qaziantep"lə görüşdə (3:3) zədələnib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR