Superliqa klubu "Qarabağ"dan gedən qapıçını istəyir

23 İyun 2020 20:20 Türkiyə 1 308
Superliqa klubu "Qarabağ"dan gedən qapıçını istəyir

Hazırda Türkiyədə - "Erzurumspor"da çıxış edən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç Superliqada oynaya bilər.

Sportinfo.az xəbər verir ki, "Göztəpə" təcrübəli qolkiperi heyətinə cəlb etmək niyyətindədir.

İzmir təmsilçisinin əsas qapıçısı Beto ilə İstanbul nəhəngləri - "Beşiktaş" və "Qalatasaray" maraqlanır. Beto "Göztəpə"ni tərk edərsə, Şehiçin komandaya cəlb olunma ehtimalı böyükdür.

İbrahim Şehiç "Qarabağ"da 2013 - 2018-ci ildə çıxış edib. Onun hazırkı klubu ilə sözləşməsi mövsümün sonunda bitir. Şehiçin "Qarabağ"a qayıtmaq ehtimalının olduğu da yazılıb.

Digər Xəbərlər
Xəbər Lenti