Klub prezidenti meydançaya girdi, dava düşdü: VİDEO+FOTOLAR

23 İyun 2020 12:02 Türkiyə 1 265
Klub prezidenti meydançaya girdi, dava düşdü: VİDEO+FOTOLAR

Türkiyə Super Liqasının 28-ci turunda dünən keçirilən "Alanyaspor” – "Trabzonspor” matçından (2:2) sonra qalmaqal yaşanıb.

Sportinfo.az xəbər verir ki, belə ki, "Trabzonspor”un çempionluq yolunda vacib iki xal itirdiyi görüşün son dəqiqələrində meydan sahibləri hesabı bərabərləşdirdikdən sonra böyük sevinc yaşayıb.

Görüşü tribunadan izləyən Trabzon təmsilçisinin rəhbərliyi isə qoldan sonra "Alanyaspor"un işçilərinə narazılıqlarını bildirib. Narazılığın böyüməsi nəticəsində tərəflər arasında tribunada dava olub. Polis və jandarma onları sakitləşdirməyə çalışıb.

Bu zaman "Trabzonspor"un prezidenti Ahmet Ağaoğlu və ətrafındakılar meydana girərək rəqib klubun işçilərinə hücum çəkib. Davanı polisin müdaxiləsiylə dayandırmaq mümkün olub. Bu xal itkisindən sonra "Trabzonspor" liderliyə yüksələ bilməyib.

Digər Xəbərlər
Xəbər Lenti