"Qalatasaray" evdə "90+15" qolu ilə üzüldü - VİDEO

22 İyun 2020 01:52 Türkiyə 868
"Qalatasaray" evdə "90+15" qolu ilə üzüldü - VİDEO

Türkiyə Superliqasında 28-ci turun oyunları davam edir.

Sportinfo.az xəbər verir ki, son turda “Rizəspor”a məğlub olan “Qalatasaray” bu turda “Qaziantep”lə qarşılaşıb.

İstanbul təmsilçisi bu oyundan xal itkisi ilə ayrılıb. "Konyaspor" isə evdə "Sivasspor"la qollu heç-heçə edib.

Bu xal itkilərindən sonra çempionluq yolunda zərbə alan "Qalatasaray" 51 xalla 4-cü pillədə qərarlaşıb. Lider "Başakşəhər"in 59 xalı var. Bir oyun az keçirilən "Trabzonspor" 56 xalla 2-ci, "Sivasspor" isə 53 xalla 3-cüdür. Avrokuboklara vəsiqə verən zonadan uzaqlaşan "Fənərbaxça" 43 xalla 7-cidir.

"Qalatasaray" – "Qaziantep" 3:3
Qollar
: Falkao, 36. Belhanda, 40. Fequli, 66 – Djilobodji, 17. Tvumasi, 78. Maksim, 90+15-pen.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!