"Qarabağ"lı "Qalatasaray"ın YENİ TRANSFER SİYAHISINDA

18 İyun 2020 12:58 Türkiyə 1 119
"Qarabağ"lı "Qalatasaray"ın YENİ TRANSFER SİYAHISINDA

2013-18-ci illərdə “Qarabağ”da çıxış edən İbrahim Şehiç karyerasını “Qalatasaray”da davam etdirə bilər.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi Fernando Musleranın uzun müddət meydanlardan kənar qalmasının ardından qapıçı axtarışlarını başlayıb.

Bildirilir ki, “sarı-qırmızılar” “Mançester Siti”nin 37 yaşlı qolkiperi Kladio Bravo və “Atletiko” ilə mövsüm sonu yollarını ayıracaq Antonio Adanın da xidmətində maraqlıdır.

Ancaq bu oyunçularla yanaşı, “Qalatasaray” Türkiyədə çıxış edən legioner qapıçılardan birini də heyətinə cəlb edə bilər.

Bunların içində “Erzurumspor”da forma geyinən İbrahim Şehiç də var. Bosniyalı futbolçunun mövsüm sonu komandası ilə müqaviləsi sona çatır. Yayda azad agent statusuna sahib olacaq 30 yaşlı qapıçının İstanbul klubuna keçmə ehtimalı yüksəkdir.

Muslera Super Liqanın son turunda “Rizəspor”a qarşı oyunda zədələnib. Uruqvalı oyunçunun 6-8 ay arası meydanlardan uzaq qalacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti