"Qalatasaray" ayağı sınan Muslera ilə müqaviləni uzadacaq

16 İyun 2020 13:26 Türkiyə 401
"Qalatasaray" ayağı sınan Muslera ilə müqaviləni uzadacaq

"Qalatasaray" qapıçısı Fernando Muslera ilə müqavilənin müddətini uzadacaq.

Sportinfo.az xəbər verir ki, bu barədə İstanbul təmsilçisinin vitse-prezidenti Abdurrahim Albayrak "Milliyet"ə məlumat verib.

O bildirib ki, 2021-ci ilin sonunda sözləşməsi başa çatan 34 yaşlı qolkiperlə daha iki illik müqavilə imzalanacaq. Albayrak zədə səbəbindən 6 - 8 ay yaşıl meydanlardan kənarda qalan uruqvaylının bütün ödəmələri alacağını sözlərinə əlavə edib.

Fernando Muslera Türkiyə Super Liqasının XXVII turunda "Rizespor"la matçda zədələnib. O, 15-ci dəqiqədə ayağından xəsarət alıb və dərhal xəstəxanaya çatdırılıb. Təcrübəli qapıçının sağ ayağında iki qırıq aşkarlanıb.

Digər Xəbərlər
Xəbər Lenti