"Qalatasaray"ın hücumçusu mövsümü erkən bitirdi

16 İyun 2020 11:06 Türkiyə 402
"Qalatasaray"ın hücumçusu mövsümü erkən bitirdi

“Qalatasaray”ın futbolçusu Flron Andone mövsümün qalan oyunlarında meydana çıxmayacaq.

Sportinfo.az xəbər verir ki, Super Liqanın 27-ci turunda “Rizəspor”la oyunda zədələnən rumıniyalının durumu ciddidir.

27 yaşlı hücumçunun mövsümün sonuna qədər oynamayacağı müəyyənləşib. "Sarı-qırmızılar" Andoneni mövsümün əvvəlində İngiltərənin "Brayton" klubundan icarəyə götürüb.

“Qalatasaray”ın “Rizəspor”a məğlub olduğu matçda (0:2) qapıçısı Fernando Muslera da zədələnib. Ayağında iki sını aşkarlanan 33 yaşlı uruqvaylı qapıçının ən azı 6 ay oynamayacağı bildirilir.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!