Millimizin gündəmindəki baş məşqçi "Beşiktaş"a xəbərdarlıq etdi

12 İyun 2020 13:12 Türkiyə 619
Millimizin gündəmindəki baş məşqçi "Beşiktaş"a xəbərdarlıq etdi

"Beşiktaş"ın sabiq baş məşqçisi Abdullah Avcı kluba bir neçə dəfə xəbərdarlıq edib.

Sportinfo.az xəbər verir ki, 57 yaşlı mütəxəssis ona ödənilməli olan təzminatla bağlı bu addımı atıb.

Tərəflər arasındakı razılaşmaya əsasən, İstanbul təmsilçisi Avcıya 1 milyon TL (təqribən 250 min manat) ödəməlidir. Lakin "qara qartallar" maddi sıxıntılara görə baş məşqçi ilə daha aşağı məbləğə razılıq əldə etmək istəyir.

Daha əvvəl "Beşiktaş" çempionat dayandığı üçün Abdullah Avcının ödəmələrini dondurub. O, karyerası ərzində "İstanbulspor", "Başakşehir" və Türkiyə millilərinin də baş məşqçisi olub.

"Beşiktaş"ı yanvarın 24-də tərk edən təcrübəli mütəxəssis Azərbaycan millisinə rəhbərlik etməyə əsas namizədlərdən hesab olunur. AFFA onunla dəfələrlə danışıqlar aparıb.

Bakıdan yola çıxan nümayəndə heyəti İstanbulda görüşlər keçirib. Avcı ölkəmizdə çalışmaq perspektivini bir o qədər ciddiyə almayıb. Həm maliyyə, həm də uğur qazanmaq baxımından.

Digər Xəbərlər
Xəbər Lenti