“Fənərbaxça”nın yeni baş məşqçisi bilindi - FOTO

10 İyun 2020 00:14 Türkiyə 802
“Fənərbaxça”nın yeni baş məşqçisi bilindi - FOTO

“Fənərbaxça”nın yeni baş məşqçisi məlum olub.

Sportinfo.az xəbər verir ki, Super Liqa təmsilçisini müvəqqəti olaraq Tahir Karapınar çalışdaracaq.

Bu barədə klubun rəsmi saytı məlumat yayıb. Karapınar, Super Liqanın son 8 turunda “Fənərbaxça”ya müvəqqəti baş məşqçilik edəcək.

Karapınar yeni mövsümdən “Fənərbaxça”nın akademiyasında koordinator olaraq çalışacaq. 53 yaşlı mütəxəssis daha əvvəl “Konyaspor”, “Manisaspor”, “Qaziantep” kimi klublarda köməkçi məşqçi kimi çalışıb.

Koronavirus pandemiyasına görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa olunacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR