Dört günə bir tur - Türkiyə Super Liqası

4 İyun 2020 22:40 Türkiyə 493
Dört günə bir tur - Türkiyə Super Liqası

Koronavirusa görə dayandırılan Türkiyə Super Liqası iyunun 12-də bərpa ediləcək.

Sportinfo.az xəbər verir ki, 27-ci turun oyunları 4 günü əhatə edəcək. Qarşılaşmalar Bakı vaxtı ilə 19:30 və 22:00-da baş tutacaq.

Türkiyə Super Liqasında 26 turdan sonra 53 xalı olan "Trabzonspor" 1-cidir. Eyni xala malik olan "Başakşəhər" 2-ci, "Qalatasaray" 50 xalla 3-cü, "Sivasspor" 49 xalla 4-cüdür.

Digər Xəbərlər
Xəbər Lenti