"Atletiko"dan "Qalatasaray"a?

28 May 2020 18:34 Türkiyə 981
"Atletiko"dan "Qalatasaray"a?

"Atletiko"nun müdafiəçisi Santyaqo Arias karyerasını Türkiyədə davam etdirə bilər.

Sportinfo.az İspaniyanın "Sport" nəşrinə istinadən xəbər verir ki, "Qalatasaray" Ariasın xidmətində maraqlıdı. "Atletiko" 28 yaşlı futbolçu ilə yolları ayırmağa hazırdı. Ariasın müqaviləsində göstərilən təzminat məbləği 40 milyon avro təşkil edir. Bununla belə, Madrid klubu daha aşağı qiymətə kolumbiyalını satmağa razıdı.

2019-20 mövsümündə 11 matçda meydana çıxan Arias 1 məhsuldar ötürmə ilə yadda qalıb. "Transfermarkt" portalı onun transferini 12 milyon avro dəyərində qiymətləndirir.

Digər Xəbərlər
Xəbər Lenti
17 Oktyabr 16:50 Çək və bizə göndər!
17 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
17 Oktyabr 04:00 Deyir, hələ öyrənirik