"Beşiktaş" transfer bazarında "Qarabağ"ı qabaqladı

23 May 21:20 Türkiyə 885
"Beşiktaş" transfer bazarında "Qarabağ"ı qabaqladı

Maaşının vaxtında ödənilməməsinə etiraz edərək icarə müqaviləsinə vaxtından əvvəl birtərəfli xitam verən Loris Kariusun yerinə qapıçı axtaran "Beşiktaş" İbrahim Şehiçlə anlaşıb.

Sportinfo.az xəbər verir ki, mövsümün sonunda "Ərzurumspor"la müqaviləsi bitəcək bosniyalı qolkiper İstanbul təmsilçisinə azad agent statusu ilə qoşulacaq.

31 yaşlı qapıçı Türkiyə 1-ci liqasında keçirdiyi 28 oyunun 13-də qapısını toxunulmaz saxlayıb. İstanbul nəhənginin onunla 2 illik müqavilə bağlaması gözlənilir.

Şehiç 2013-2018-ci illərdə "Qarabağ"da çıxış edib. O, Ağdam klubundan ayrıldıqdan sonra "Ərzurumspor"a keçmişdi. Ötən yay olduğu kimi, bu dəfə də Azərbaycana dönəcəyi gözlənilirdi. Danışıqlar da olmuşdu. Görünür, "Beşiktaş"ın adı balkanlı kiperə daha cəlbedici gəlib.

Xəbər Lenti
13 Avqust 17:38 Neymar Messini keçdi
12 Avqust 21:00 "Qalatasaray"a qayıtdı