"Günə 50 milyon dollar versəniz də "Qalatasaray"a gəlmərəm"

27 Aprel 2020 11:34 Türkiyə 1 761
"Günə 50 milyon dollar versəniz də "Qalatasaray"a gəlmərəm"

"2014-cü ildəki mundiala getməyi haqq etmişdim, ancaq Çezare Prandelli məni ora aparmadı".

Sportinfo.az xəbər verir ki, bu sözlər Pablo Daniel Osvaldoya məxsusdur.

30 yaşında karyerasını bitirən italiyalı hücumçu "Skuadro Azzura"nın sabiq baş məşqçisi Çezare Prandellinin onu 2014-cü ildə Braziliyada keçirilən dünya çempionatına aparmamasından şikayətlənib.

O, bu səbəbdən aralarında "soyuq müharibə"nin başlandığını bildirib. Futbolu əyləncəli peşə hesab etməyən keçmiş forvard Prandellinin onu sonradan "Qalatasaray"a dəvət etdiyini xatırladıb:

"Çezare 2014-cü ildə "Qalatasaray"a gəlməyimi istədi. Mən isə cavabımda "günümə 50 milyon dollar versəz d,ə o kluba gəlmərəm" dedim".

Digər Xəbərlər
Xəbər Lenti
19 Aprel 16:30 Çək və bizə göndər!
19 Aprel 11:20 GƏLİN və GÖRÜN!
19 Aprel 02:50 Nicat yenə məğlub oldu
19 Aprel 01:00 "Futbol əməliyyatı"