"Qalatasaray" Falkaodan maddi güzəşt gözləyir

11 Aprel 2020 19:16 Türkiyə 658
"Qalatasaray" Falkaodan maddi güzəşt gözləyir

"Qalatasaray" ən çox maaş alan futbolçusu Radamel Falkaodan mükafatlarından imtina etməsini istəyəcək.

Sportinfo.az xəbər verir ki, İstanbul təmsilçisi illik bonusları ümumilikdə 1,5 milyon avro olan kolumbiyalı futbolçudan fədakarlıq gözləyir.

34 yaşlı hücumçunun "sarı-qırmızılar"da bonuslarla birgə illik qazancı 5 milyon avrodur. Falkao ötən yay "Monako"dan "Qalatasaray"a keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR