Klubuna transfer qadağası qoyuldu, xalları silindi

11 Aprel 2020 00:14 Türkiyə 729
Klubuna transfer qadağası qoyuldu, xalları silindi

"Əskişəhərspor"a ağır cəza verilib.

Sportinfo/az xəbər verir ki, keçmiş futbolçusu Rud Boffinə olan borcunu ödəyə bilmədiyi üçün birinci liqa təmsilçisinin hesabından 6 xal silinib.

Həmçinin komandaya transfer qadağası qoyulub. Əskişəhəri təmsil edən kollektiv qarşıdakı 2 "transfer pəncərəsi" dövründə heyətinə yeni oyunçular cəlb edə bilməyəcək.

Məlumatda bildirilib ki, belçikalı qapıçıya borc qarşılığında 75 000 avro dəyərində ev və 24 ay müddətinə hissə-hissə ödəmək şərtilə 100 000 avro təklif olunsa da, 33 yaşlı qolkiper bundan imtina edib.

Rud Boffin 2012-2017 mövsümündə "Əskişəhərspor"un formasını geyinib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 May 02:50 I Liqadan SON XƏBƏR