"Qəbələ""onu məyus etdi, "Fənərbağça"dan 840 min avro uddu

27 Mart 2020 09:14 Türkiyə 1 546
"Qəbələ""onu məyus etdi, "Fənərbağça"dan 840 min avro uddu

Yassin Benziyanın "Fənərbağça"dan FIFA-ya etdiyi şikayət təmin olunub.

Sportinfo.az xəbər verir ki, ali futbol qurumu 2018/2019 mövsümündə "sarı-lacivərdli" formanı icarə əsasında geyinmiş əlcəzairli hücumçunun xeyrinə qərar çıxarıb.

26 yaşlı forvarda 45 gün ərzində maaşı, bonusu və pul cərimələri də nəzərə alınmaqla, 840 min avro ödənilməlidir. İstanbul təmsilçisinin qərardan apellyasiya verəcəyi bildirilir.

Hazırda Fransa "Dijon"unun formasını geyinən Yassin Benziya "Fənərbağça"da "Lill"in oyunçusu kimi çıxış edib.

O, 2016/2017 mövsümündə "Qəbələ"yə qarşı Avropa Liqasının III təsnifat mərhələsinin hər iki görüşündə meydana sonradan daxil olub. "Lill" ilə səfər oyununda 1:1 hesablı heç-heçəyə nail olan Azərbaycan təmsilçisi evdə qalib gəlib - 1:0.

Digər Xəbərlər
Xəbər Lenti