“Bakı”lı “Fənərbaxça”nı məğlub edib, ikinci oldu

17 Mart 2020 09:56 Türkiyə 1 010
“Bakı”lı “Fənərbaxça”nı məğlub edib, ikinci oldu

Türkiyə Super Liqasının 26-cı turunda “Konyaspor” “Fənərbaxça”nı məğlub edib.

Sportinfo.az xəbər verir ki, 1:0 hesabıyla bitən görüş “Konyaspor”un baş məşqçisi Bülənt Korkmaz üçün əlamətdar olub.

Belə ki, Korkmaz “Fənərbaxça”nı bir mövsümdə iki fərqli komandayla məğlub etməyi bacaran ikinci məşqçi olub. 51 yaşlı mütəxəssis mövsümün ilk dövrəsində “Antalyaspor”la “Fənərbaxça”nı 1:0 hesabıyla məğlub etmişdi.

Bir mövsümdə iki fərqli komandayla “Fənərbaxça”nı məğlub edən ilk baş məşqçi isə Yılmaz Vuraldır. Vural, 1997/98 mövsümündə “Trabzonspor” və “Gənclərbirliyi” ilə “bülbüllər” üzərində qələbə qazanmışdı.

Bülənt Korkmaz 2009/10 mövsümündə “Bakı”nın baş məşqçisi olub.

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 11:00 Tanıtmaq üçün varıq!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda
24 Aprel 02:40 Çempion oldular
24 Aprel 02:00 Bakıda I modul başladı