"Trabzonspor" Sosadan güzəşt umur

11 Mart 2020 15:04 Türkiyə 487
"Trabzonspor" Sosadan güzəşt umur

Çempionluq uğrunda mübarizə aparan "Trabzonspor"un rəhbərliyi yüksək ödənişli futbolçulardan maliyyə məsələlərində güzəştlər gözləyir .

Sportinfo.az xəbər verir ki, elita təmsilçisinin idarəçiləri komandanın meydandakı düşünən beyni - əsas oyun qurucusu Xose Sosadan da güzəşt umur.

Rəsmilər mövsümün sonunda müqaviləsinin müddəti başa çatacaq futbolçu ilə yeni anlaşma barədə danışıqlar aparmaq üçün hələ masa arxasına əyləşməyib. Səbəb klubun hazırda çempionluq uğrunda mücadilə etməsidi. Sosanın Trabzon təmsilçisində illik gəliri 3 milyon 240 min avrodu. Lakin klub yeni müqavilə ərəfəsində bu məbləğin azaldılmasına çalışacaq. Superliqanın türnir cədvəlində 2-ci yerdə qərarlaşan "qaradənizlilər”in hədəfi sabit maliyyə bazası yaratmaqdı. Daha sonra futbolçularla danışıqlar aparılacaq.

Cənubi amerikalı futbolçunun da karyerasını "Trabzonspor"da sürdürmək fikrinə müsbət yanaşdığı bildirilir. Ancaq futbolçu 1 ildən daha uzunmüddətli müqavilə istəyir. Pleymeykerin tələbini meneceri ilə görüşdə dilə gətirdiyinə dair xəbərlər yayılıb.

Sosa "Trabzonspor”un heyətində bu mövsüm meydana cıxdığı 34 oyunda 2835 dəqiqə oynayıb. Argentinalı 7 qol və eyni sayda məhsuldar ötürmə ilə yadda qalıb.

Digər Xəbərlər
Xəbər Lenti